Müğənni Elnarə Xəlilova sosial şəbəkədə yeni paylaşım edib.
APress.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında həyat yoldaşı Rövşən Cahangirovla yeni fotolarını yayımlayıb.
İfaçı paylaşımına bunları da əlavə edib:
“Sabahları bir yerdə oyanmaq çox gözəldir. Allah hamıya sağlam can sağlığı versin. Kiçik nələrləsə xoşbəxt olmağı bacarın. Günəşin işığına, buludun gəlməyinə… Yağış isə bunlardan ən gözəlidir… ”
Xəlilovanın bu paylaşımını izləyiciləri çox bəyənib. Elnarənin əri Rövşənlə olan fotolarına qısa müddətdə minlərlə bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb.
BAKU.WS