Elxan Məmmədov Gənclər və İdman naziri vəzifəsinə gətirilir… – Bu, Azərbaycana nə vəd edir?backend
Cəmiyyət
414

Elxan Məmmədov Gənclər və İdman naziri vəzifəsinə gətirilir… – Bu, Azərbaycana nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-da Azad Rəhimovun vəfatından sonra Gənclər və İdman Nazirliyinə kimin rəhbərlik edəcəyi hazırda cəmiyyətdə əsas müzakirə mövzularından biridir. Müxtəlif adlar çəkilir. Namizədlər arasında nümunəvi şəxslərin adları çəkilsə də, uzunmüddətli fəaliyyətindəki uğursuzluqları ilə məşhurlaşan şəxslərin də adı “yeni nazir” kimi hallanmaqdadır.

Bəs Azərbaycanın yeni Gənclər və İdman naziri kim olacaq?

Etibarlılığı şübhə doğurmayan mənbədən əldə oluna məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gənclər və İdman naziri vəzifəsinə gətirilə bilər.

Nazir vəzifəsinə təyin olunmaq üçün bütün əlaqə və səylərini ortaya qoyan E.Məmmədov cəmiyyətə yad isim deyil, onu hər kəs tanıyır.

E.Məmmədov 2007-ci ildən – düz 14 ildir ölkə futboluna rəhbərlik edir. Daha doğrusu, o, 14 ildir ölkə futbolunun gecə-gündüz fatihəsini oxuyur. Bu 14 il ərzində Azərbaycan futbolunu 14 əsr geri atan E.Məmmədov hansı “uğurlu fəaliyyətinə” görə nazir vəzifəsinə gətiriləcək, bax bu, müəmmalıdır.

O, bacarmadığı işlərin altına girməkdən niyə xoşlanır?

Sual olunur: İdmanın cəmi bir növünü – futbolu bərbad günə qoyan bir adam ümumilikdə ölkədə bütün idman növlərini necə inkişaf etdirəcək?

Öz vəzifəsini inzibati iş kimi qəbul edərək məsuliyyətdən yayınmağa cəhd edən E.Məmmədov sabah nazir təyin olunsa, gənclər və idman sahəsindəki uğursuzuqlar kimin ayağına yazılmalıdır? E.Məmmədov “ölkə futbolu niyə bu gündədir?” sualına belə cavab verir: “AFFA rəhbəri futbol oynamır, bizim işimiz infrastruktura baxmaqdır”. Sabah ona “ölkənin gənclər və idman sahəsini niyə məhv etmisiniz?” sualı verilsə, o zaman yenə də eyni cavabı alacağıq. Bunu dəqiq bilirik.

Azərbaycan futboluna ayrılan milyonlar hesabına ölkənin ən varlı adamlarından birinə çevrilən E.Məmmədov niyə ölkənin Gənclər və İdman naziri olamamalıdır? Ona görə ki:

– Onun bu günə qədər rəhbərlik etdiyi sahə batır, korrupsiya, rüşvət tuğyan eləyir, ölkə futbolunun bütün tarixi kökləri, ideoloji əsasları darmadağın edilib, məhlə-uşaq futbolu sıradan çıxarılıb, xalqın futbola olan inamı baltalanı bvə s. Belə bir adamın nazir vəzifəsinə gətirilməsi nə dərəcədə doğru addım olardı?

– Gənclər və idman siyasəti milli dövlətçilik prizmasından, ideoloji baxış bucağından və cəmiyyətin inkişafı baxımından ən əhəmiyyətli sahələrdən biridir. Bu sahənin əsas icraçı orqanına rəhbərlik edən şəxs kifayət qədər uğurlu kadr olmalıdır, onun keçmiş iş fəaliyyətində heç bir ciddi uğursuzluq qeydə alınmamalıdır. Bəs nazir olmaq istəyən E.Məmmədovun bu günə qədərki fəaliyyəti buna imkan verirmi? Yəni, təkcə ayaqlar yox, bu sahədə həm də baş işləməlidir, əl təmiz olmalıdır, qapı hər kəsin üzünə açıq olmalıdır. Onun zəngin və bahalı həyat tərzi ölkənin milli idman siyasətini ucuzlaşdıracaq, gəncləri qapılar arxasında saxlayacaq.

Harda boşalan nazir, sədr vəzifəsi varsa, elə həmin dəqiqə Məmmədovlar ailəsinin üzvlərinin adları həmin vəzifəyə əsas iddialı namizədlər arasında hallanır.

Məsələn, 2021-ci ilin yanvarın 9-da Vidadi Muradovun həbsindən sonra heç kimin ağlına gəlməsə də, “Azərxalça”da onun yerinə gətiriləcək şəxslər arasında Emin Məmmədovun da adı dar koridorlarda hallanırdı. Emin Məmmədov AFFA-nın haqqında danışdığımız Baş katibi Elxan Məmmədovun qardaşıdır. E.Məmmədov martın 22-də oldu “Azərxalça”nın sədri.

E.Məmmədovun atası – 78 yaşlı Səlhab Məmmədov xalq rəssamıdır, uzun illərdir Rəssamlıq Akademiyasında prorektor vəzifəsində çalışır.

Maraqlıdır ki, Məmmədovlar ailəsinin bütün üzvləri gözdən uzaq vəzifələrdə işləyirlər, bəs E.Məmmədovun ictimai nəzər nöqtəsinə çevrilən ölkə futbolu kimi bir sahəyə rəhbərlik etməsi nədən qaynaqlanıb? Amma o, arxa planda qalmağı da bacarıb.

Xalq isə ölkə futbolunu bu hala sayanlara nfrət oxuyur.

Hər halda, dövlət kimin kim olduğunu daha yaxşı bilir: yeriməyi bacarmayan adama qaçmağı öyərtmirlər. Öncə yerimək lazımdır. AFFA-nın Baş katibi kimi uğursuzluq simvoluna çevrilən E.Məmmədovun nazir vəzifəsinə gətirilməsi ölkəyə müsbət heç nə vəd etməyəcək.

Samir Feyruzov