Əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə xanım “Onun sirri” proqramına qonaq olub.
APress.az xəbər verir ki, Gülbikə xanım həyat yoldaşı barəsində bir sıra açıqlamalar verib.
“Cavanlıqda dəfələrlə xəyanət edib, üzünə vurmamışam. Hiss etmişəm, amma demirdim. Pərdə saxlayırdım. Gedirdi-gəlirdi, qastrol adıyla evdən çıxırdı. Amma axşamlar qayıdırdı. Eşitdim, mənə dedilər, qayıtdım ki, cavandır, kişidir, eybi yoxdur. Hərdən gecələr gəlmirdi, yalandan deyirdi işim var idi. Amma həmişə evə girəndə gülə-gülə qarşılayırdım. Bir dəfə boynunda qırmızı ləkə gördüm, qadınam, anladım, ancaq soruşdum, cavab vermədi. Hərdən üzündə zər olurdu. Sonra eşitdim ki, ayrılıb. Şükür etdim ki, ayrılıb.
Onu özümdən də çox istəyirəm. 26 ildir ailə qurmuşuq. Nə etsə də, danışmamışam. O mənim həm anam, həm atamdır. Uşağım yoxdur deyə, həm balam, həm həyat yoldaşım, həm ürəyimdir”.Modern.az