Emmanuel Makron kimdir və onun psixoloji portreti…backend
Dünya
387

Emmanuel Makron kimdir və onun psixoloji portreti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 yaşlı Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”.

Makronu sələflərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun mistik aləmə olan bağlılığı, özü haqqında materiyadan kənar təsəvvür yaratmaq bacarığıdır. Həyat yoldaşı Birijit onun haqqında danışarkən etiraf edir ki, Makron özünü “İsa Məsihin Yerdəki siması” hesab edir.

Özünü hər hansı prosesin iştirakçısı kimi görməmək isə Makronun psixoloji tarazılığını pozan əsas amillərdən biridir.

– Makron ciddi maliyyəçidir, Rotşild Bankda işlədiyi müddətdə nə maliyyə itkisi yaşadıb, nə də nəticəsiz sərmayə yatırımı edib. “Ölü kapital”ı insan ölümü üzərindən “diriltməyi” bacaran investisiya mütəxəssisidir. O, 2014-cü ildə İqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri vəzifəsinə təyinatını bütün rəqiblərini mənəvi və fiziki terrora məruz qoymaqla reallaşdıra bilmişdi. Rəqibləri onu “soyuq qatil” adlandırırdılar. Onun nazir vəzifəsinə təyinatına qarşı çıxanlar indi iş sferasında görünmürlər, bəlkə də həyatda yoxdurlar.

– Fransanın tərəfkeşliyi Qarabağ probleminin həllində onu kənarda saxlayıb, Makron prosesin tərəfsiz iştirakçılarından birinə çevrilə bilmədi. Rusiya və Türkiyənin aktivliyi Fransanın birtərəfli mövqeyindən daha effektli vasitə kimi problemin həllinə təsir edə bilir.

İngilis siyasətçilərin də gəldiyi qənaət budur: “Makron erməniləri müdafiə etməyə məhkum və məcburdur, onu qorxudan əsas məsələ isə odur ki, prezident kimi birtərəfli mövqeyi sonda Fransanın ATƏT-in Minsk qurpundakı həmsədrlikdən uzaqlaşdırılması, regionda təsir imkanlarının hədsiz şəkildə azalması ilə nəticələnə bilər”.

Fransız siyasətçilər hesab edirlər ki, “Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır”.

Türkiyəli ekspertər düşünürlər ki, Makron kiçik hərəkətlərdən özünə böyük düşmənlər qazana bilmək “qabiliyyətinə” malikdir. Türkiyə prezidenti Ərdoğanın beynəlxalq tədbirdə şəkil çəkdirən zaman Makronun zorla özünü sıraya soxması, salam vermək üçün uzatdığı əlinin havada qalması onu affekt vəziyyətinə sala biləcək qədər “təhlükəli” haldır.

Makronu Fransada narahat edən nədir?

– Fransada müsəlman əhalinin sayı durmadan artır və bunun qarşısını almaq mümkünsüz hala çevrilib. Hazırda Fransada 2500 məscid var. Fransa əhalisinin təxminən 9%-ni müsəlmanlar təşkil edir. Eyni zamanda, fransızlar içərisində İslamı qəbul edənlərin sayı artmaqda davam edir. Fransada bir məscid başına 2400 müsəlman düşür.

– Uduzan Ermənistan fonunda Fransada yaşayan iri erməni maliyyəçilər, böyük kapitalistlər artıq Makronla münasibətlərinə aydınlıq gətirmək üçün ciddi işlərə başlayıblar. Makrondan nəyinsə hesabatı tələb olunur. Onun aqressivliyinin səbəbləri də aydınlaşmaqdadır. Bu, Makron üçün ciddi itkidir, onun üçün investisiyanın, pulun taleyi Fransanın taleyindən də önəmlidir.

Makron erməniləri niyə müdafə edir?

Əslində ermənipərəst deyilən bir nəsnə yoxdur, anti-türk deyilən faktor var və Makron da bu faktorun əsas katalizatorlarından biridir. Fransada 500 minə yaxın erməni yaşayır, Makronun ermənilər haqqında saxta tarixi nağıllarına baxmayaraq, onların əksəriyyəti fransız yazıçısı Jorj De Malevilin erməni yalanları haqqında əsərlərindən xəbərdardırlar. Fransa orada yaşayan erməniləri tamamilə “Frankoman” ideologiyasına (fransızların təsir altında olan topluma çevirmək) sürükləyib. Təkcə Parisdə 200 mindən artıq erməni yaşayır, bu ermənilər ölkənin ictimai-siyasi və maliyyə həyatında ciddi rol oynayırlar. Makron erməni dostlarını bankda işlədiyi zaman qazanıb, o, yeri gələcəksə, Fransanın maraqlarını erməni kapitalistlərin maraqlarına qurban verəcək.

Təsadüfi deyil ki, İngiltərənin “Financial Times” qəzeti Fransa prezidenti Makronu “onilliyin simasını müəyyənləşdirən” şəxslərin siyahısına daxil edərkən onun qlobal bazarlıqlarını da hesablayıb. Makron erməni oliqarxların, böyük silah tacirlərinin əsas himayəçilərindən biri, beynəlxalq orqan və silah mafiyasının əsas “siyasi sima”larından biridir. Hazırda Fransa siyasətçiləri Makronun Ruanda baş verən soyqırımla bağlı Fransa adından üzr istəməsini də səmimi qəbul edə bilmirlər. Çünki hazırda Ruanda mövcud olan silahlı qruplaşmaların əsas himayədarı Fransa bankları hesab olunur. Bu banklar isə Makronun tam təsiri altındadır. Fransa hərbi-siyasi elitası isə narahatdır. Yerli əhalinin təxminən 70%-i Fransada hökm sürən ağır yaşam şərtlərinin, Fransanın qlobal müstəvidə başısovuq qərarlarının sonda ölkəni məhvə aparacağını düşünür. Rus ekspertlər hesab edirlər ki, “Sarıjilet”lilərin üsyanı zamanı atların ayaqları altında tapdalanan bütün Fransa xalqı idi. Makron isə dövləti yox, öz hüquqlarını və oliqarxiyanın mövqeyini qoruyurdu.

Makron “Azərbaycan Silahlı Qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır” bəyanatı ilə Fransanın:  

– ATƏT-in Minsk qrupunun həmsədri kimi statusunu sıfıra endirir

Həmçinin: 

– Fransanı qlobal proseslərin aktiv və tərəfsiz iştirakçılığından dışlayır

– BMT-nin qətnamələrinin, beynəlxalq hüquq və normaların tapdalayır

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olur, bu, 10 noyabr uçtərəfli razılaşmasının pozulmasına hesablanmış addımdır. Bu gün Ermənistanda Fransaya bağlı qüvvələrin bu razılaşmadan imtina etmək barədə çağırışlarının da qaynağı məhz Fransadır.

– Fransanın Ruanda törətdiyi soyqırımdan (1994-cü ilin aprel -iyulayları, 1 milyona yaxın insan öldürüldü) 27 il sonra Makronun Fransa adından üzr istəməsindən sonra başqa bir işğalçı və soyqırımı törədən dövlətə – Ermənistana dəstək verməsi onun imicini darmadağın edir.

Fransanı ən çox narahat edən məsələlərdən biri Türkiyənin qlobal güclərdən birinə çevrilməsidir. Əgər analiz etsək görərik ki, Türkiyənin atdığı məntiqli addımlar və verdiyi praqmatik qərarlar terroru dəstəkləyən Fransanı mühüm beynəlxalq proseslərdən çıxdaş eləyib.

Samir FEYRUZOV