“Ən önəmlisi Azərbaycandır, “Amfibiya” da gəlsə…” – Ərdoğanbackend
Dünya
32

“Ən önəmlisi Azərbaycandır, “Amfibiya” da gəlsə…” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün qardaşım İlham Əliyevlə telefon danışığımız oldu. Bir “Amfibiya” təyyarəsini göndərəcəyini bildirdi”.

APress.az-ın xəbərinə görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O yanğınların söndürülməsində və yayılmasının qarşısının alınmasında Azərbaycanın ilk gündən öz dəstəyini əsirgəmədiyini söyləyib:

“Bizə dəstək olan hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq”.

Sfera.az