Ər qonşuya cehiz apardığına görə arvadının əllərini ORAQLA KƏSDİ – TÜKÜRPƏDƏN HADİSƏ – FOTObackend
Dünya
342

Ər qonşuya cehiz apardığına görə arvadının əllərini ORAQLA KƏSDİ – TÜKÜRPƏDƏN HADİSƏ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evliliyinin 8 ayında əri tərəfindən əlləri kəsilən türkiyəli 93 yaşlı nənə Ayşe Gökkayanın hekayəsi ürək dağlayıb.

APress.az Sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Manisa şəhərində baş verib. Uzun illərdir ki, əlləri olmadan yaşayan qadən deyir ki, 72 il əvvəl qonşunun toyuna cehiz apardığı üçün əri onun əlllərini kəsib.

Belə ki, qəzəblənən ər öncə onu tarlaya aparıb, qadın havanın soyuq olduğunu deyərək getməyə etiraz edib. Daha sonra əlacsız vəziyyətdə onunla birgə qeyd olunan sahəyə yollanıb. Ər arvadına “Cehizi hansı əlinlə aparmısan?” deyə soruşub, qadın sağ əli ilə verdiyini deyib. Bu zaman kişi Ayşən nənənin sol əlini oraqla kəsib. Qadın “Bu birisi əlimi də kəs, nə işə yarayacaq” deyib. Kişi qadının digər əlini də bilək nahiyədən oraqla kəsərək, atıb.

Ayşe Gökkaya bu ağrılı hadisədən sonra ərinin tutularaq həbsxanaya göndərildiyini və özünün isə bir müddət xəstəxanada müalicə aldığını bildirib. Gökkaya yeni evləndiyi üçün övladları olmadığını və yenidən ailə qurmadığını söyləyib. Qadın həmçinin bildirib ki, əri 24 il sonra həbsxanadan çıxıb kəndə dönərkən qardaşı oğlu onu tüfənglə vuraraq öldürüb.

Qadın əllərinin olmamasına rəğmən məişət işlərini özü gördüyünü deyib:

“Çox çətin anlarım oldu, ancaq heç vaxt təslim olmadım. Əllərim olmasa da öz işimi görməyə çalışdım. Manisadakı bazarlarda satış edərək dolanışığımı təmin edirəm. Qardaşlarım da zaman-zaman mənə kömək etdilər. Allaha şükür kimsəyə ehtiyac duymadan bu yaşıma qədər yaşayıram”