Ərdoğan Avropa İttifaqını “siyasi korluq”da ittiham etdibackend
Dünya
311

Ərdoğan Avropa İttifaqını “siyasi korluq”da ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Ölkələri Sammitində Avropa İttifaqı ilə bağlı açıqlamalar verib.
APress.az xəbər verir ki, R.T. Ərdoğan Türkiyənin qarşılaşdığı bütün haqsızlıqlara baxmayaraq, yarım əsrdir Avropa İttifaqına tamhüquqlu üzvlüklə bağlı davam etdirilən mübarizənin artıq uğurla sona çatmasını istədiklərini bildirib.
Türkiyə lideri Avropa Birliyini “siyasi korluq”da ittiham edərək bunun qısa zamanda sona çatmasını və üzvlüklə bağlı prosesin müsbət istiqamətdə həllini gözlədiklərini qeyd edib.
“Cənub-Şərqi Avropa ölkələri olaraq nizamsız miqrasiya axınlarını tribunalardan seyr etmək kimi lüksümüz yoxdur”.
O, qlobal miqyasda artan irqçilik, islamofobiya və anti-immiqrasiya düşüncələrinin milli təhlükəsizlik probleminə çevrildiyini diqqətə çatdırıb.
Sfera.az