Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan üçüncü doza peyvənd də vurdurub.
APress.az bildirir ki, bu haqda ölkə başçısı TRT kanalında canlı yayım zamanı deyib. O, həmçinin antikor testinin nəticələri barədə də məlumat verib.
“Həmin üç dozadan sonra antikorun yüksəlib yüksəlmədiyi ilə də maraqlandım. Şükür ki, 2160-ı tuta bildim”, – deyə Ərdoğan bildirib.
Prezident eyni zamanda qeyd edib ki, Türkiyədə hazırda 50-55 yaşdan çox olan şəxslər üçün vaksinlər gətirilir və prosesin daha sürətli davam etməsinə çalışılacaq.
Sfera.az