Ərdoğandan Baydenə sərt sözlər: “Artıq bezdik, imkan ver…”backend
Dünya
266

Ərdoğandan Baydenə sərt sözlər: “Artıq bezdik, imkan ver…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan yenidən  ABŞ prezidenti Co Baydenin erməni soyqırımını tanıması ilə bağlı danışıb.
APress.az bildirir ki, Ərdoğan jurnalistlərə verdiyi açıqlama zamanı mövcud durumdan şikayətlənib.
“Artıq bezdik. Hər 24 aprel ərəfəsi “Amerika ermənilərlə bağlı nə deyəcək?” kimi şeylər düşünürük. Bütün işin qurtarıb, ermənilərin vəkilliyini sənmi edirsən? İmkan ver, bu işi tarixçilər, hüquqşünaslar həll etsin”, – deyə Baydenə səslənən Türkiyə prezidenti onun son addımını sorğulayıb.
Ərdoğan həmçinin bildirib ki, Ağ ev rəhbəri ilə NATO zirvəsində görüşü zamanı Türkiyə-ABŞ münasibətlərinin hansı səbəbdən gərgin olduğu haqqında da suallar olacaq:
“Baydendən qabaq da demokratlarla çalışmışıq. Corc Buş, Obama, ardınca Donald Trampla iş birliyimiz olub, amma iki ölkə arasında münasibət  hələ bu səviyyədə olmamışdı”.
Sfera.az