Ərdoğandan SƏRT AÇIQLAMA: Bu ikiüzlülükləri əsəblə təqib etdikcə…backend
Dünya
289

Ərdoğandan SƏRT AÇIQLAMA: Bu ikiüzlülükləri əsəblə təqib etdikcə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə dünyanın ilk 100 müdafiə şirkətləri siyahısında 7 firma ilə təmsil edilir. Ölkəmiz İHA, SİHA, və TİHA istehsalında artıq dünyanın ilk üç-dörd ölkəsi içində yer alıb.

Pulika.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Kayseridə təşkil olunan açılış mərasiminə canlı bağlantı ilə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunun üçün biz işimizi görürük, hədəflərimizə köklənirik. Türkiyə olaraq əsas və alt podratçılarla birlikdə ehtiyatlarımızı bazaya yayaraq müdafiə sənayesində güclü bir ekosistem yaratmağa çalışırıq”, – ölkə başçısı bildirib.

Türkiyə lideri terrorla mübarizə zamanı tək qaldıqlarını bəyan edib:

“Təxminən 40 illik terrorizmlə mübarizə müddətində müttəfiqlik ruhuna uyğun olmayan bir çox hadisə ilə qarşılaşdıq. Terrorla mübarizə zamanı tək qaldıq. Ölkəmiz tələb etdikdə qırx yerdən bəhanə gətirənlər bu silahları İŞİD-lə mübarizə adı altında Suriyada minlərlə tır və təyyarə ilə terorçulara təslim etdilər. Vətəndaşlarımızın həyatını qorumaq məqsədilə sərhddən kənar həyata keçirdiyimiz əməliyatlarda sözdə dostumuz olanlar bizi zəiflətmək üçün əllərindən gələn hər şeyi etdilər. Terror təşkilatının rəhbərləri tanınmış siyasətçi kimi qırmızı xalça sərilərək ən yüksək səviyyədə qəbul edildilər. Bu gün də bənzər addımların atıldığının davam edildiyini görürük. Ölkəmizə qarşı sərgilənən bu ikiüzlülükləri əsəblə təqib etdikcə öz hazırlıqlarımızı da sürətləndiririk. Qiymətli dostlarım, vətənin müdafiəsində qarşılaşdığımız bütün haqsızlıqları və qanunsuzluqları öz göbəyimizi özümüz kəsərək dəf etməkdə qərarlıyıq”