Uzun illərdir həyat yoldaşından ayrı yaşayan müğənni Günel Məhərrəmova sosial şəbəkədə oğlu Əlinin şəkillərini paylaşıb.
APress.az Lent.az-a istinadən xəbər verir ki, həyat yoldaşından boşanmaq ərəfəsində olan ifaçı paylaşımına “Ürəyim, üzün hər zaman gülsün”, – şərhini yazıb.
Qeyd edək ki, Günel bu yaxınlarda həyat yoldaşından boşanmaq istədiyini bildirib: “Yoldaşım Kiyevdə, mən burda yaşayıram. Rəsmən boşanmasaq da, amma artıq fikirləşirəm ki, bu münasibət çox getməyəcək. Artıq özüm də bir çox qərarlar vermişəm. Oğlum da görür hər şeyi. Məsələn, ad günü olur, atası heç onu təbrik belə etmir. Ona görə artıq qərarlarımı vermişəm”.