Ermənistanda kriminal avtoritet güllələnib.
APress.az APA-ya istinadən xəbər verir ki, başından və bədənindən çox saylı güllə yaraları alan “Boksçu Samo” kimi tanınan kriminal avtoritet Samvel Matevosyan Vanadzor şəhər xəstəxanasına yerləşdirilib.
Saytın məlumatına görə, vəziyyəti ağır olan S. Matevosyan martın 22-də Vanadzor-Dilican yolunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Polisin versiyasına görə, avtomobil qəzasının güllənmə ilə əlaqəsi var