Ermənistanda general avtomobil qəzasına düşüb.
Bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, “Opel” markalı avtomobillə toqquşan “Nissan X-Trail”də ordu generallarından biri olub. Xəstəxanaya yerləşdirilən generalın adı hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, “Shamshiyan” saytı hadisənin təfərrüatlarını öyrənə bilib.
“Opel”in Ararat sakini 26 yaşlı Hakob Ohanyan, “Nissan X-Trail”in isə 58 yaşlı Karen Barsegyan tərəfindən idarə olunduğu üzə çıxıb. Məlumata görə, qəzaya düşən Barseqyan general-mayordur. Onun vəziyyətinin ağır olduğu deyilir.
///Azvision.az