Almaniyada yaşayan Koreya müharibəsi qazisi erməni əsilli Minas Kaya son mənzilə Türkiyə bayrağı ilə yol salınıb.
APress.az xəbər verir ki, 91 yaşlı qazi bu barədə vəsiyyət edib. Oğlunun sözlərinə görə, Minas Kayanın tək vəsiyyətinin Türkiyə bayrağı ilə dəfn edilməsi olub. Qazinin vəsiyyəti yerinə yetirilib. Onun tabutu Türkiyə bayrağına bürünüb.
Dəfn mərasimindən sonra həmin bayraq yadigar olaraq qazinin yaşadığı evdən asılıb.
metbuat.az