Ermənilər Ata Abdullayevin müdafiəsinə qalxdılarbackend
Gündəm
373

Ermənilər Ata Abdullayevin müdafiəsinə qalxdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mediası Azərbaycanda reketçilik fəaliyyətinə görə həbs edilən bloger Ata Abdullayevi müdafiə edən şərhlər hazırlayır.

APress.az xəbər verir ki, hazırlanan materiallarda Ata Abdullayevin “günahsız” və “müstəqil bloger” olması qeyd edilir.

Erməni mətbuatı Ata Abdullayevi “Paşinyana cəsarətli suallar verən jurnalist” kimi də təqdim etməyə çalışır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulan Ata Abdullayev barəsində həbs qərarı verilib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ittiham edilir.

Demokrat