Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.
APress.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır, çünki respublika Prezidenti bu mövzuda Baş nazir tərəfindən təqdim edilmiş fərman layihəsini imzalamayıb və qanunla müəyyən edilmiş müddətdə Konstitusiyaya Məhkəməsinə müraciət etməyib. Bu barədə Ermənistan hökumətinin saytında yayımlanan Baş nazir Nikol Paşinyanın bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəalarını rəhbər tutaraq, 25 fevral 2021-ci ildə Prezidentə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi təklifi müvafiq fərman layihəsi də əlavə olunaraq təqdim edilib.