Ermənistan MN-nin anbarında yanğın baş verdibackend
Cəmiyyət
239

Ermənistan MN-nin anbarında yanğın baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Müdafiə Nazirliyinin İrəvanın mərkəzində yerləşən anbarlarından birində yanğın baş verib.
Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dünən saat 18:38-də baş verən yanğın nəticəsində N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektara yaxın ot örtüyü, 150 pəncərənin taxta çərçivələri və 15 ədəd şalban yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin altı yanğınsöndürmə və xilasetmə qrupu göndərilib.
Yanğının baş vermə səbəbi isə açıqlanmayıb.