Ermənistanda hərbi vəziyyət ləğv olunurbackend
Dünya
257

Ermənistanda hərbi vəziyyət ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentindəki ən böyük blok – “Mənim addımım” martın 24-də iclasda ölkədəki hərbi vəziyyətin ləğvinə səs verəcək.

APress.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

“Düşünürəm ki, ölkədə hərbi vəziyyətin aradan qaldırılması üçün çərşənbə günü səhər səs verə bilərik. Xüsusilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi razılaşmanın olduğunu və seçkilərin hərbi vəziyyət dövründə baş tuta bilməyəcəyini nəzərə alaraq, biz xoş niyyət göstərə bilərik”, – deyə A. Mirzoyan qeyd edib.

Xatırladaq ki, ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Ermənistanda hərbi vəziyyət elan olunub.