APress.az xəbər verir ki, “Sputnik Armenia” bu insanların əsasən Azərbaycan erməniləri və Ermənistanda yaşayıb Azərbaycan dilini bilən ermənilər olduğunu yazıb. Millətçi ermənilər isə bu tendensiyadan ciddi narahatlıq keçirməyə başlayıblar.
Sözügedən erməni mətbu orqanı yaranmış durumla bağlı Ermənistan Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edərək bu insanların kim olduğuna yadınlıq gətirməsini istəyib.
Ermənistan Milli Təhlükəsizlik İdarəsi azərbaycanlıların İrəvanda olması ehtimalına və insanların Azərbaycan dilində danışmasına dair məsələyə reaksiya verib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatında deyilir ki, istər qaldırılan məsələlər çərçivəsində, istərsə də digər funksiyalar çərçivəsində, MTX qanunla ona təyin edilmiş, nəticəsi dərc olunmayan əməliyyat-axtarış tədbirlərini həyata keçirir. // Ölkə.Az