Ermənistanda kütləvi zəhərlənmə – 23 nəfər xəstəxanaya yerləşdirildibackend
Dünya
277

Ermənistanda kütləvi zəhərlənmə – 23 nəfər xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda kütləvi zəhərlənmə baş verib. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, 43 nəfər Gümrü xəstəxanasına müraciət edib. Onlardan 23 nəfər ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəxanaya yerləşdirilənlər Tavuş rayonunun Ayrum kəndinin sakinləridir. Zəhərlənənlərə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Nazirlikdən verilən məlumata görə, Ayrum sakinləri piknikə çıxaraq köhnə kabab yeyiblər.

“Müalicə olunanların 16-sı uşaqdır. Kəndlilər özləri ilə gətirdiyi məhsulları soyuducuda saxlamayıblar ki, bu da kütləvi zəhərlənməyə səbəb olub”, – erməni KİV-ləri yazıb