Ermənistanın “Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.
APress.az “Report”a istinadən xəbər verir ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.
Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.
“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, – qəzet qeyd edib.
“Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.