Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyan istefa verib.
APress.az APA-ya istinadən bildirir ki, bu barədə nazir özünün Facebook səhifəsində yazıb. O, nazirlikdə sonuncu iş günü olduğunu qeyd edib: “Ermənistan vətəndaşı kimi bir məmurun vətəndaşa qarşı güc tətbiq etməsini qəbuledilməz hesab edirəm”.
Nazirin mətbuat katibi isə məlumatı təsdiqləməyib, Arşakyanın fəaliyyətini davam etdirdiyini deyib.