Ermənistan Prezidenti Armen Sarkisyan Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın geri çağırılmasına dair sərəncam imzalayıb.
Sfera.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.
Xatırladaq ki, aprel ayında səfir Smbatyan barəsində ölkənin keçmiş mədəniyyət və gənclər naziri Hasmik Poqosyanla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilib. Onun çirkli pulların yuyulmasında iştirakı da istisna edilmir.