“Etiraf edək ki, onun xilası üçün bütün imkanlar səfərbər edilmədi” – DİNbackend
Cəmiyyət
36

“Etiraf edək ki, onun xilası üçün bütün imkanlar səfərbər edilmədi” – DİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə müxtəlif iddialar paylaşılır. Tanışları qeyd edir ki, şiddətə məruz qalan zaman qadına sığınacaq təklif olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Hələ mart ayında mərhumun döyülməsi ilə bağlı fotoları ictimaiyyətə çatdıran fəalların iddiasına görə, S. Məhərrəmova əslində sığınacağa yerləşdirilib, lakin 3 gün sonra sığınacaq onun ərinə zəng edərək arvadını aparmasını istəyib. Növbəti dəfə sığınacaqla əlaqə saxlayanda isə Sevincə “yer yoxdur” cavabı verilib.

APress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sözügedən qətl ətrafında gedən müzakirələrlə bağlı növbəti açıqlamanı verib. DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, məsələ ilə bağlı polis daha çox müzakirə obyektinə çevrilib:

“Ağır hadisədir, faciədir, bu hal baş verməməli idi. Qarşısının alınması üçün qətlə yetirilən qadının “ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm” kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib.