ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilirbackend
Cəmiyyət
254

ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq”.
APress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir: “Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir”.