“Eurovision” getdikcə qəribəlik, erotizm, dəlilik, yarışına çevrilir” – Murad Arifbackend
Şou
323

“Eurovision” getdikcə qəribəlik, erotizm, dəlilik, yarışına çevrilir” – Murad Arif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“”Eurovision” getdikcə melodiya yarışından çox,  qəribəlik, erotizm, dəlilik, sərbəstlik, azadlıq və friklərin yarışına çevrilir”.
APress.az bildirir ki, bunu bəstəkar-müğənni Murad Arif deyib. O bildirib ki, hər ölkə bacardığı kimi yaddaşda qalmağa çalışır.
“Azərbaycan bu il başqa nəğmə, başqa mövzuyla çıxmalıydı deyirsiniz, razıyam. Amma, artıq budur, belədir. Hər ilin öz favoritləri, proqnozları olur. Çox zaman mənim proqnozlarım dəqiq olduğu üçün bu il də təxminlərimi sizinlə bölüşdüm. Şəxsən bəyəndiyim mahnılar İtaliya, Portuqaliya və Rusiya idi”,  – deyə M.Arif bildirib.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal yığaraq 20-ci olub.
Sfera.az