“İllərdir səni o səhnədə görmək istəyirdim”.
APress.az bildirir ki bunu əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişan Quliyeva Azərbaycanı “Eurovision”da təmsil edən Samirə Əfəndi haqqında danışarkən deyib.
O, təmsilçimizin görüntülərini paylaşaraq ölkəmizin qalib olacağını iddia edib.
“Samirə Əfəndi qalib gələcək və “Eurovision” Şuşada keçiriləcək!” -, deyə Aynişan paylaşımında qeyd edib. Blogger həmçinin dünənki çıxışı möhtəşəm performans kimi dəyərləndirib.
Qeyd edək ki, dünən Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edib və finala vəsiqə qazanıb.
Sfera.az