İstanbulda 10 gün əvvəl itkin düşən 15 yaşlı qız tapılıb.
Apress.az xəbər verir ki, yeniyetmə dönər satılan kiçik restoranda tapılıb. Məlumata görə, 15 yaşlı qız evdən ayrılandan sonra rəfiqələri və dostlarıyla birgə Əsənyurtda evlərinin yaxınlığındakı tövlədə qalıb. 1 gün əvvəl isə o qaldığı yerdən ayrılaraq Böyükçəkməcə rayonuna gedib. Valideynlər qızın hərəkətindən heyrətə gəliblər.
Onun niyə evdən qaçdığı məlum deyil.
Metbuat.az