Antalyanın Serik qəsəbəsində yaşayan Hatice Günal adlı qadının meyiti oğlu tərəfindən tapılıb.
APress.az xəbər verir ki, həmin bölgədə bağbanlıq edən 19 yaşlı Ahmed Kamal Yıldırım gecə saatlarında işdən evə qayıdan zaman qapının arasında anasının cansız bədənini görüb. Bunu görən qadının oğlu yaxınlıqdakı polis idarəsinə və təcili tibbi yardım xidmətinə zəng vurub.
Hadisə yerinə polis əməkdaşları üz tutub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
azxeber.com