Alpinist kurslarına gedərək xüsusi bacarıqlara yiyələnməklə Bakıda evlərdən ümumilikdə 2 milyon manatlıq oğurluq edən dəstənin təzə cinayət əməlləri ortaya çıxıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş Əhməd Əhmədovun və Cavid Süleymanovun ətraflarında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha üç evdən ümumilikdə 100 600 ABŞ dolları, 700 avro, 5 000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.