Xəbər verdiyimiz kimi, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosu yayılıb.
Bütün ölkənin gündəminə çevrilən bu videonun qəhrəmanı Hüseynbala Mirələmov kimdir?
APress.az onun tərcümeyi-halını təqdim edir:
Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub.
1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinifini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin “Sənaye və mülki tikinti” ixtisasını bitirmişdir. 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur.
1965-ci ildən “Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin “baş ədəbi” işcisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən “Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən “Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.
2005 , 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olmuşdur.
Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə “Bir tikə çörək” hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – “Tənha durna uçuşu” 1986-cı ildə işıq üzü görüb.
Hüseynbala Mirələmovun “Xəcalət”, “Utanc” və “Mənəviyyatın ekologiyası” adlı əsərləri var.
Azxeber.com