İngiltərədən olan 82 yaşlı Şirli MakNelli internetdən divan sifariş verib, lakin içindən çıxanı gördükdə dərhal polisə müraciət edib.
APress.az big.az-a istinadən xəbər verir ki, divan “Facebook” səhifələrindən birində satışa çıxarılıb.
Mebeli bəyənən qadın dərhal sifariş edib. Sifarişi çatdıran iki gənc ona qəribə görsənib, lakin həmin an MakNelli buna əhəmiyyət verməyib və onlara 180 funt sterlinq (təxminən 400 manat) pul ödəyib.
Onun nəvəsi Kinan divanı heç bəyənməyib və belə divanların yalnız qocalar evidə olduğunu deyib.
Bundan sonra qadın mebeli təmizləyib, tozsoranlayıb və yenidən satışa çıxarmaq qərarına gəlib, lakin divanın içində bərk bir şeyin olduğunu hiss edib.
İlk öncə MakNelli bunun qiymətli əşya olduğunu düşünüb, amma xəzinə əvəzinə divandan nəhəng balta çıxıb.
Həmin baltanın eynisindən “Rembo”da da olub.
Nənə tükürpədici tapıntıdan canını qurtarmaq üçün dərhal polisə müraciət edib.