Facebook CEO’su Mark Zukerberq, teleportasiya texnologiyasının həyatımıza girəcəyi tarixlə əlaqədar açıqlamalar verib.
APress.az metbuat.az-a istinadən bildirir ki, Mark Zukerberq müsahibəsində gələcəyin informasiya platformasının virtual gerçəklik olacağına inandığını və bu sahəyə investisiya qoymağın məntiqli olduğunu söyləyib.
“2021-ci ildəyik, indi bitləri (məlumat saxlama sahəsindəki ən kiçik fayl vahidi) hərəkət etdirmək atomu hərəkət etdirməkdən daha asandır. Biz teleportasiya etdiyimiz zaman artıq bizi yavaşladan – avtomobilləri, təyyarələri, bunların hamısını ortadan qaldıracayıq.
Mən bunun cəmiyyət və ümumiyyətlə planet üçün daha yaxşı olduğunu düşünürəm. 10 ildən sonra hər yerə teleportasiya ediləcəksiniz” deyib.