“Fənərbağça” Erol Bulutu məşhur baş məşqçi ilə əvəzləyirbackend
İdman
297

“Fənərbağça” Erol Bulutu məşhur baş məşqçi ilə əvəzləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça” gələn mövsüm komandanın başına gətirmək istədiyi baş məşqçini seçib. 

APress.az xəbər verir ki, “sarı-lacivərtlər” Almaniya millisinin baş məşqçisi Yoahim Lövü baş məşqçi postuna gətirməyi planlaşdırır. Klub rəsmilərinin 61 yaşlı mütəxəssisə rəsmi təklif göndərdiyi bildirilir.

1998-99-cu illərdə “Fənər”ə baş məşqçilik edən Yoahimin Məsut Özil də komandada olduğu üçün təklifə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Almaniya Futbol Federasiyası AVRO-2020 oyunlarından sonra Yoahim Lövün millini tərk edəcəyini açıqlayıb.

Offsideplus.az