Fərhad Əhmədov – atası güllələnən və sərvətləri talan edilən milyarder… – “AzNar”ın acı aqibəti…backend
Cəmiyyət
768

Fərhad Əhmədov – atası güllələnən və sərvətləri talan edilən milyarder… – “AzNar”ın acı aqibəti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atası güllələnən milyarder…

Əslən Zəngəzurdan olan Fərhad Əhmədov bütün dünyada tanınan azsaylı Azərbaycan əsilli iş adamlarından biridir. Məhkəmə qalmaqalları 66 yaşlı milyarderi yerli və xarici medianın manşetinə çevirib, hazırda fəaliyyəti daha çox “ictimai təftiş” olunan iş adamı bəlkə də elə Fərhad Əhmədovdur. Bu isim Azərbaycan cəmiyyətinə yaxşı məlumdur: o, həm koronavirusla mübarizə fonduna, həm də silahlı qüvvələrə yardım fonduna 1 milyon ianə etmişdi. Hər halda o, Azərbaycan əsilli yeganə milyarderdir ki, Qarabağa səfərlər də etmişdi. Qısası, F.Əhmədovun milli təəssübkeşliyinə heç kəs şübhə etmir, amma onun “biznes dövləti”nə daxil olan müəssisələrin fəaliyyəti xeyli şübhələr və tərəddüdlər yaradır. Şübhələr niyə yaranır? Çünki milyarderin zavodlarında Azərbaycan xalqına qarşı əsl mənəvi-fiziki terror siyasəti həyata keçirilir. Necə? Bunu aşağıda oxuyacaqsınız.

Ancaq öncə F.Əhmədovun kimliyinə nəzər salaq…

Azsiyaset.com F.Əhmədovun keçmişi ilə bağlı qısa bir araşdırma aparıb.

F.Əhmədovun atası Teymur Əhmədov “sosialist əmlakının talanması” ittihamı ilə həbs edilib, 1971-ci ildə onun haqqında güllələnmə hökmü çıxarılıb, 1973-cü ildə isə güllələnib. Göyçay rayonunda üzünə durub həbsinə nail olan şəxslər onun çörək verib adam etdiyi şəxslər olub.

Bilirsiniz, ən dəhşətlisi nədir? F.Əhmədovun atasının dəfn olunduğu yer 2012-ci ildə tapılıb. Sovet imperiyasının “Demokl qılıncı”nın ən iti vaxtında T.Əhmədov uzun illər istehsalat sahələrində rəhbər vəzifələrdə işləmişdi. Ancaq onun ölümündən sonra Əhmədovlar ailəsi üçün problemlər bitmədi. Ailə ciddi təzyiqlərə məruz qalmışdı. F.Əhmədov 15 yaşında, cəmi 48 rubl pulla Azərbyacanı tərk edib Moskvaya getmişdi. Bu gün isə hər şey başqadır.

Fərhad Əhmədovun atasını niyə xatırlatdıq…

Nə baş verir? Fərhad Əhmədov Azərbaycan xalqının düşmənidirmi? Xeyr! Bəs onu ölkə üçün həssas bir məqamda hədəfə gətirən nədir? Niyə onun müəssisələrində Azərbaycan xalqı təhqir olunur? Nə üçün F.Əhmədovun zavodlarında fəhlələr 20 saat işlədilir, işçilər təhqir olunur, müxtəlif yollarla vergi ödəməkdən boyun qaçırılır, işçilərin maaşları kəsilir?

Bəs F.Əhmədovun istehsalat müəssisələrində bütün bunları edən kimdir?

Elə onun dogma qardaşı oğlu, 30 yaşlı gənc oğlan – Teymur Əhmədov!

Əmisinin hesabına əyni şalvar, altı maşın, qarnı çörək görən qardaş oğlu!

Hansı qardaş oğlu? Öz babasının – vaxtilə güllələnən babasının adını daşıyan qardaş oğlu – Teymur Əhmədov!

Teymur Əhmədov kimdir… Əmisi ona niyə inanır?

Bir neçə gün bundan əvvəl yerli mediaya ünvanlanan məktubda T.Əhmədovun qanunsuz əməllərindən bəhs olunurdu. Qeyd edilirdi ki, T.Əhmədov əmisi F.Əhmədova məxsus olan, Göyçay rayonundan yerləşən “AzNar” zavodunun baş direktorudur. Teymurun 30 yaşı var, babasının adını daşıyır. F.Əhmədovun böyük bir zavodu ağzı süd qoxuyan bu “ev uşağı”na həvalə etməsi də Teymurun onun atasının adını daşımasıdır. Amma hara qədər!? Bildiyimiz qədər nə T.Əhmədov, nə də F.Əhmədov rayon camaatına pislik etməyib, baxmayaraq ki, T.Əhmədovun güllələnməsində onun iş verdiyi, örək kəsdiyi adamlar ciddi rol oynadılar. Elə Fərhad Əhmədovun özü! Kiməsə pisliyini eşitmədik. Amma “AzNar”ın işçiləri üsyan həddində küçələrdə qalıblar. F.Əhmədov üsyanmı hazırlayır? Yoxsa ayda müstəqil şəkildə 10 manat qazanmaq qabiliyyəti olmayan qardaş oğlunun qulağını çəkə, zavodunu dirçəldə bilmir?

Milyarderin qardaşı oğlu dövləti necə aldadır?

Azsiayset.coma-a daxil olan məlumata görə, “AzNar”ın baş direktoru T.Əhmədovun qanunsuz əməlləri barədə bir qrup işçi Vergilər Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ərizə ilə müraciət edib.

HAŞİYƏ: Vətəndaşların şikayətlərinin araşdırılması üçün aidiyyatı dövlət qurumlarına biz də öz müraciətimizi edəcəyik!

Milyarderin şirkətlərində işləyən vətəndaşların şikayətlərinin ardı-arası kəsilmir… Əcəba, onun şirkətləri ilə bağlı şikayətlərin sayı niyə çoxalmaqdadır!?

Bildirilir ki, T.Əhmədov “AzNar”da həyata keçirdiyi qanunsuzluqların hesabına Bakıda özünə “Təndir-Məndir” restoranı açıb. Yəni, çoxumuzun çox yaxşı tanıdığımız “Təndir-Məndir” restoranı F.Əhmədovun illərlə, min-bir əziyyətlə qurub yaratdığı “AzNar”ın dağıdılması hesabına yaradılb. Milyarderin bu soyğunçulıuqdan xəbəri yoxdur? Düzdür, kimin hansı restoranı açması öz işidir, amma fəhlələrin maaşlarının kəsilməsi, “qara kassa”nın yaradılması, vergidən yayınma hesabına yaradılan hər bir restoran, müəssisə dərhal yoxlanılmalıdır.

Teymur Əhmədov işləri necə həyata keçirir?

O, Bakıda “AzNar”-ın idarəçiliyi altında “Grante Trading” filialını yaradıb. İlk vaxtlar “Grante Trading”-də işlərin yaxşı getməsinə baxmayaraq, o, “AzNar”da və filialda idarəçilik prinsiplərini dəyişməyə başlayıb. Pul axınlarına nəzarət etmək üçün o, “AzNar”-a uşaqlıq dostu olan Bağırlı Soltanı, filiala isə Ələkbərov Anar Azər oğlunu təyin edib.

Vətəndaşların göndərdiyi məktubda yazılır ki, bu üç şəxs “AzNar”-ı və filialı demək olar ki, talayıblar:

“Faktiki olaraq hal-hazırda Aznar-ın filialı Anar Ələkbərov tərəfindən, zavod isə Soltan Bağırlı tərəfindən idarə edilir. Teymurun isə zavodu idarə etməyə vaxtı yoxdur. O əldə etdiyi pulları müxtəlif əmlaka və özünə məxsus “Təndir-məndir” restoranlar şəbəkəsinə yatırmaqla məşğuldur. İşçilər ilə problem yaşananda, onlar maaş tələb etdikdə isə o Rövlan adlı şəxsi öz adından danışıqlara göndərir. Rövlan hər dəfə işçilər ilə görüşüb yalan vədlər verir ki, sabaha maaşlar ödəniləcək, sonradan isə telefon zənglərinə cavab vermir. Zavod və filial demək olar ki, müflis vəziyyətdədir. Pandemiya dövründə qida məhsullarının satışı ilə məşğul olan şirkətlərə işləməyə icazə verilmişdi və bir çoxları bundan və vergi güzəştlərindən istifadə edərək hətta gəlirlərini artırmışdılar. Lakin Anar filialın idarəçiliyini əlinə alan kimi filialın bütün işçilərinə ərizə yazdıraraq onların rəsmi maaşlarını ikiqat azaltdı, işçilərə dedi ki, maaşların yarısını kartlarına köçerəcək, qalan hissəsini isə nağd alacaqlar. Bununda belə, o, vergilərin və DSMF ödənişlərinin ödənilməsindən yayıldı. Daha sonra isə o malların satışını nağd “qara kassa” üzərindən aparılmasına keçdi. “AzNar”dan filiala gələn malın tam olmasa, bir çox hissəsi rəsmi gəlirdi, lakin filial heç nəyə baxmayaraq bütün satışları “qara kassa” vasitəsi ilə həyata keçirir. Rəsmi olaraq anbarda mal var, faktiki isə yoxdur. Mallar dəyər dəyməzə satılır. “AzNar”ın istehsal etdiyi şirə əvvəl rəflərdə 2.40 manata satılrdısa, indi məhlə marketlərində 90 qəpiyə satılır. Pullar isə Anarın və Teymurun cibinə axır”.

Daha sonra qeyd olunur: “Satışlar pis getməsə də, filialın 70-ə yaxın işçisi müxtəlif bəhanələr ilə işdən qovuldu. Bir hissəsinin başları aldadılıb əmək müqavilələrinin müddəti 1 ayadək azaldıldı, bir qisminə vədlər verildi ki, ərizənizi yazın, yazan kimi bütün maaş borcları (rəsmi və qeyri-rəsmi, kompensasiya və satışdan faizlər) ödəniləcək, lakin bu da baş vermədi. 70 işçinin işsiz qoyması nə dərəcədə doğrudur? Hazırda həmin işçilərin müraciət etmədiyi qurum qalmayıb. Hətta onlar “AzNar”ın ofisində piket keçiriblər və Anarla görüşüblər. Anar isə onlara deyib ki, şirkət müflis olub. Fərhad Əhmədov kimi imkanlı şəxsin şirkəti müflis ola bilərmi? Anar kimi şəxsin bu ifadənin işlədilməsi Fərhad Əhmədovun adına qara ləkədir. İndi isə Anar ofisi də bağlayıb və gözə görsənmir. Pandemiya dövründə işləməsinə icazə verilmiş müəssisədə 70 işçinin işsiz qoyması nə dərəcədə doğrudur? İşçilər tərəfindən dövlət əmək müfəttişliyinə edilən şikayət cavabsız qalıb, indi həmin işçilərin yeganə ümid yeri Korrupsiyaya qarşı mübarizə idarəsi və Vergilər Nazirliyidir. Onlar istəyirlər ki, mənimsəmə, maaş azalma, vergidən yayınma faktları araşdırılsın, maaşların verilməsi təmin edilsin”.

Əsas sual isə budur: Fərhad Əhmədovun Teymurun bu hərəkətlərindən xəbəri yoxdur?

Həmin işçilər Teymur Əhmədovla bir neçə dəfə görüşüblər, lakin hər zaman onun verdiyi vədlər yalan çıxıb. Maaş borcları artıq 7 ayı ötür. Həmin işçilərin satışdan əldə edəcəkləri 1-3% nisbətində bonuslar isə Teymur tərəfindən tanınmır.

Bütün bunlara baxmayaraq Teymur Əhmədov dəbdəbəli həyat tərzi sürür. O hər gün restoranlarda dostları ilə kef məclisləri qurur, axşamlar isə sərxoş vəziyyətdə küçələrin canına düşür. 2 həftə öncə Bakıda öz bahalı Porşe markalı avtomobili ilə qəza keçirdi.

Avtomobildə olan Teymur və dostu, və eləcə də 2 cavan qız sərxoş vəziyyətdə idilər. Necə sərxoş olubsa adam Porşe-ni aşırda bilib. Saytlarda bu barədə məlumat gedən kimi isə dərhal onu pozdurub.

“AzNar” necə yaranıb?

“AzNar” Qapalı Səhmdar Cəmiyyəti Teymur Əhmədovun adını daşıyır, yəni F.Əhmədovun atasının. Təkcə ilkin mərhələdə layihəyə 55 mln. dollar investisiya qoyub. Bu da həm bazara çıxarılan, həm də ixrac olunan (o cümlədən, ABŞ, Avropa, Yaponiya, Çin, Yeni Zelandiyaya) yüksək keyfiyyətli məhsulların (ilk öncə nar şirəsinin) buraxılışına başlamağa və Azərbaycanın Göyçay və İsmayıllı rayonlarında yüzlərlə iş yeri yaratmağa imkan vermişdi. Bəs indi nə baş verir? Nəvə teymur Əhmədov bu boyda şirkəti dağıtmaqla, vətəndaşları işsiz qoymaqla məşğuldur.

P.Sİnanmaq istəyirik ki, F.Əhmədov qardaşı oğlunun əməlləri ilə bağlı ölçü götürəcək və onun insanları üsyana hazırlamasının qarşısını alacaq. Ancaq “AzNar” kimi nəhng bir zavodun fəaliyyətindən xəıbərsiz olması ilə bağlı səslənən fikirlər də inandırıcı görünmür. Gözləyək! Bizə məsələni diqqətdə saxlamaq düşür.