Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə APress.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.