Film kimi hadisə: Toy günü gəlinin doğma qızı olduğunu öyrəndibackend
Dünya
288

Film kimi hadisə: Toy günü gəlinin doğma qızı olduğunu öyrəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çinin Jiangsu əyalətində bir toyda baş verən hadisə hər kəsi heyrətləndirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyin anası gəlinin əlindəki doğuş izindən onun 20 il əvvəl yol kənarına atdığı qızı olduğunu bilib.
Hadisədən təəccüblənən qadın gəlinin valideynlərindən onun bioloji övladları olduğunu, yoxsa övladlığa götürdüklərini soruşub. Nəticədə məlum olub ki, gəlinin ata-anası onu 20 il əvvəl yol kənarından tapıb və bunu gizlədiblər. Həqiqəti öyrənən gəlin və ana göz yaşlarına hakim ola bilməyib.
Bioloji anası ilə görüşün toy günündən daha gözəl olduğunu deyən gəlin evləndiyi şəxsin qardaşı olmasından isə çox məyus olub. Bundan sonra isə bəyin anası onun öz övladı olmadığını söyləyib və cütlük evlənib.
Qeyri-adi hadisə hər kəsi təəccübəndirsə də, uzun illərdən sonra ananı qızı ilə qovuşduran bir hadisə olub.