Gənc qadın yolda gedərkən başına adam düşməsi nəticəsində ölüb.
APress.az xəbər verir ki, ABŞ-ın San-Dieqo şəhərində 29 yaşlı qadın sevgilisi ilə gəzərkən bir kişi binanın 9-cu mərtəbəsindən onun üzərinə düşüb.
Şahidlərin dediyinə görə, binanın 9-cu mərtəbəsində dəmir barmaqlıqdan yapışan şəxs həmin vaxt binanın altından keçən Teylor adlı qadının üzərinə düşməsi nəticəsində qadın ölüb. Teylorun faciəli ölümü dostları arasında böyük kədərə səbəb olub.
Qeyd edək ki, o, ailənin tək övladı imiş.
AZXEBER.COM