Xalq artisti Firəngiz Mütəllimova Şuşanın torpağını öpüb ağlayıb.
Sfera.az bildirir ki, illər sonra ata yurduna gedən sənətkar həmin kadrları izləyiciləri ilə bölüşüb.
“Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam” -, deyə o paylaşımında qeyd edib.
Xalq artistinin bu addımına bir çox sənət adamları da reaksiya bildirərək ona gözaydınlığı veriblər.