Flora Kərimova o şəxsləri YIXIB-SÜRÜDÜ: Kişiliyinizi, qeyrətinizi…backend
Şou
360

Flora Kərimova o şəxsləri YIXIB-SÜRÜDÜ: Kişiliyinizi, qeyrətinizi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kütlə”, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnıaçıq çıxmışam. Bir şey tapmadınız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda “Allahsızlıqda” günahlandırır. Yaradanlarla Allahlar (Şiva, Zevs, Ra, Məzda…) arasındakı fərqi görmürsünüzsə, bu, sizin savadsızlığınızdır.

APress.azxəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqramda yazıb. Müğənni haqqında yazılan “Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur” fikirlərinə görə ünvanına deyilən tənqidlərə münasibət bildirib:

“Bir tikə çörək üçün kişiliyinizi, ləyaqətinizi, qeyrətinizi, vicdanınızı tapdalamaq yarışına girmisiniz. Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatdı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın.

Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsınız şərhlərə… Artıq o həddə çatmısınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümə lağ-lağı edirsiniz, şərh yarışına çıxırsınız. Görək, kim daha yaxşı şərh yazacaq.

 

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?

Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi? Bəli, demişəm, yaradan hər kəsi bağışlasaydı, cəhənnəm olmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadınız. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!

Ömrümü mən boşuna yaşamadım. Bu Ramazan ayında bağımda “it ovçularından” gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! “Sən”lərin duaları olmasa da olar!”

Publika.az