Flora Kərimovaya AĞIR İTKİbackend
Şou
583

Flora Kərimovaya AĞIR İTKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Balamı, Floranı itirdim. Ondan sonra başa düşdüm ki, xoşbəxtlik sakitlik sevir. Kaş açıb deməzdim. İndi qızım əziyyət çəkir. Qızımın gözəl ailəsi var. Qayınanası onu mənim kimi sevgi əhatəsinə alıb. Amma qanadım sındı. Qızım mənimlə çox pozitiv danışır. Qayınanası isə deyir ki, gizli-gizli ağlayır. Balamın balası yoxdur, özü də əziyyət çəkir”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Xəbər-ətər” verilişində deyib. Qızının düşük yaşadığını deyən sənətçi onun çətin günlər keçirdiyini bildirib:

“Bunu açıqladım, çünki əvvəldən demişdim. Hamı soruşurdu ki, Flora, doğuldu nəvəniz? Bunu yaşamamaq üçün açıqladım. Nə olursa-olsun nəvəmin olacağına inanıram. Balaca Floranın ətəyimdən tutub gəzməsini hiss edirəm. Heç bir ana balasından dərd çəkməsin”.

Qeyd edək ki, F.Kərimovanın qızı Zümrüd Londonda yaşayır. Bu, onun ikinci nikahıdır.