Fransanın paytaxtı Parisdə 5 min nəfərin iştirakı ilə konsert təşkil edilib.
APress.az xəbər verir ki, “AccorHotels” arenasında təşkil edilən konsertdə iştirakçılardan maska və test nəticəsi istənilib. Amma sonradan sosial məsafənin qorunmaması kimi fotolar sosial mediada paylaşılıb. Bir zaman koronavirusun episentri olan Fransadan gələn bu görüntülər hər kəsin narahatçılığına səbəb olub.
Unikal.org