Fransa COVID-19 səbəbindən Türkiyəni səyahət məhdudiyyəti tətbiq etdiyi “qırmızı ölkələr” siyahısından çıxarıb.
APress.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Parisdəki səfiri Əli Onanər Tvitter hesabında yazıb.
Beləliklə, Türkiyədən Fransaya gedən sərnişinlər üçün 10 günlük məcburi karantin ləğv edilib.