İtaliya B Seriyasında mövsüm maya qədər dayandırılıb.
APress.az sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb çempionatda iştirak edən klublarda koronavirusa yoluxma hallarının çoxalmasıdır.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Çempionata mayın 1-nə qədər fasilə verilib.
B Seriyasında 34 turdan sonra “Empoli” klubu 66 xalla liderdir.