ABŞ-ın Corciya ştatında üç masaj salonuna edilən silahlı hücumlar zamanı 8 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
İlk hadisə Atlanta şəhərində qeydə alınıb. Asiyalılara aid masaj salonuna silahlı hücum həyata keçirilib. Nəticədə 4 nəfər ölüb.
Növbəti hücumlar zamanı da ardıcıl olaraq 3 və 1 nəfər ölüb.
İlkin məlumata görə, Robert Aaron Lonq adlı bir nəfər şübhəli şəxs qismində tutulub.
Ölənlərdən altısı asiyalı qadınlardır.