Qayınana ilə qayınata birləşərək gəlinlərini diri-diri basdırıblar.
APress.az xəbər verir ki, kirayə verilmiş evin həyətindən, betonun altındakı 2 metr dərinlikdən gəlinin qalıqları tapılıb.
Məhkəmədə qeyd olunan məlumata görə cəsəd elə halda olub ki, barmaq izi vasitəsi ilə kimlik güclə müəyyənləşdirilib.
Braziliyanın Sao Paulo şəhərində qayınana ilə qayınata birləşərək oğullarından ayrılmış gəlinləri Marcia Mirandanı diri-diri basdırıb, üstünə beton töküblər. Onlar bu əməli nəvələri onlarla birlikdə qalsın deyə törədiblər.
Belə ki, 60 yaşlı Maria Izilda ilə 62 yaşlı Fernando de Oliveira keçmiş gəlinləri ilə görüş təyin ediblər. Sonra ona yeni tutduqları kirayə evi göstərmək bəhanəsi ilə hadisənin baş verdiyi yerə aparıblar. Ər ilə arvad gəlinlərini həyətdə qazdıqları quyuya diri-diri basdırıblar.
Autopsiya nəticələrindən məlum olub ki, o, basdırılarkən diri olub və oksigen çatışmazlığından ölüb.
Qadın oktyabr ayının 2-dən itkin düşsə də, ekspertiza nəticələri ayın axırı çıxıb. Ər-arvad cinayət törətdiklərinə
görə həbs olunublar.
sonxeber.az