İsveçdə yaşayan 22 yaşlı qız faciəvi şəkildə ölüb.
APress.az bildirir ki, o, hamamda yuyunarkən enerji yığmaq üçün elektrikə qoşduğu telefonu suya düşüb. Nəticədə qızı elektrik cərəyanı vurub. O, yerindəcə ölüb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyada da oxşar hadisə baş verib. Anastasia Şerbinina adlı qadın hamamda cərəyan vurması nəticəsində həyatını itirib.
Redaktor.az