“Azərbaycanın gömrük orqanlarının əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçiriblər”.
APress.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində – Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə – heroin aşkar edilib”, – deyə o, qeyd edib.