Güclü külək Bakı-Sumqayıt qatarının hərəkətini DAYANDIRDIbackend
Cəmiyyət
226

Güclü külək Bakı-Sumqayıt qatarının hərəkətini DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda güclü külək nəticəsində Bakı-Sumqayıt qatarının hərəkəti dayanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən APress.az-a verilən məlumata görə, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb: “Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.