“Gürcüstan və İrana avtobuslar beynəlxalq daşımalardır. Nazirlər Kabinetinin Azərbaycanın sərhəd keçid məntəqələrində gediş-gəlişin tam quru üzərindən bərpasına qərarından sonra xarici ölkələrə səfər etmək mümkün olacaq”.
Bunu BAKU.WS-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
O əlavə edib ki, hazırda xarici ölkərə gediş-gəliş mümkün olmadığı üçün hansı qaydaların tətbiq olunacağı dəqiq deyil: “Lakin Naxçıvana İran üzərindən getmək mümkün olduğu üçün beynəlxalq reys sayılır. Naxçıvana mayın 31-i olmasa da, ən yaxın zamanda gediş-gəlişin bərpası ilə bağlı işlər görülür.”